Batalı qane oxun dideyi-giryan içre * Fuzuli

Aşağa gitmek

Batalı qane oxun dideyi-giryan içre * Fuzuli

Mesaj tarafından Oyhan Hasan Bıldırki Bir Perş. 9 Nis. 2009 - 19:35

Batalı qane oxun dideyi-giryan içre,
Bir elifdir sanasan kim, yazılar qan içre.

Yeridir, sineyi-suzanıma gülxen deseler,
Bes ki, yanmışdır oxun sineyi-suzan içre.

Canı ten içre ne saxlardım eger bilse idim
Ki, deyil gizli qemi-leli-lebin can içre.

Ala gör oxlarını didelerimden, ey dil,
Heyfdir, olmaya nageh ite müjgan içre.

Çak könlüm arasında yaraşır peykanın,
İqdi-şebnem xoş olur qönçeyi-xendan içre.

Qeddine serv demiş, qönçelerin teninden
Duramaz badi-seba hiç gülüstan içre.

Ey Füzuli, kime suzi-dilimi şerh qılım,
Yox menim kimi yanan ateşi-hicran içre.

Fuzuli
avatar
Oyhan Hasan Bıldırki
Admin

Mesaj Sayısı : 173
Kayıt tarihi : 01/01/09
Yaş : 71
Nerden : Türkiye

Kullanıcı profilini gör http://gokkusaklari.wordpress.com

Sayfa başına dön Aşağa gitmek

Məni candan usandırdı, cəfadan yar usanmaz mı * Fuzuli

Mesaj tarafından Oyhan Hasan Bıldırki Bir Perş. 9 Nis. 2009 - 19:39

Məni candan usandırdı, cəfadan yar usanmaz mı
Fələklər yandı ahimdən, muradım şəmi yanmaz mı

Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmaz mı

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa bilmən, inanarmı inanmaz mı

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmaz mı

Güli-rüxsarinə qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmaz mı

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmaz mı

Fuzuli
avatar
Oyhan Hasan Bıldırki
Admin

Mesaj Sayısı : 173
Kayıt tarihi : 01/01/09
Yaş : 71
Nerden : Türkiye

Kullanıcı profilini gör http://gokkusaklari.wordpress.com

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön


 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz